Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-12-2025 , 18:33

858

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ölkəmizin beynəlxalq nüfuzunu artıran “Cənub Qaz Dəhlizi”

 Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin beynəlxalq mövqeyini müəyyən edən əsas amillərdən biridir. Azərbaycan həyata keçirdiyi ardıcıl enerji siyasəti ilə regionun və Avropanın etibarlı tərəfdaşına çevrilmişdir. Bu siyasətin ən mühüm nəticələrindən biri ölkəmizin beynəlxalq nüfuzunu artıran “Cənub Qaz Dəhlizi” layihəsidir.

“Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsi üzrə hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə əvvəlcə Türkiyəyə, daha sonra Cənubi Avropaya ixracını təmin etməkdir. Layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Layihənin beynəlxalq hüquqi əsası 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Birgə Bəyanatla möhkəmləndirilmişdir. Bu sənəd TANAP və TAP üzrə hökumətlərarası sazişlər və uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratmışdır. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında TANAP-a dair müqavilənin imzalanması layihənin reallaşmasında mühüm mərhələ olmuşdur.

Prezident İlham Əliyevin siyasi iradəsi və fəal diplomatik fəaliyyəti nəticəsində “Cənub Qaz Dəhlizi” mərhələli şəkildə uğurla icra edilmişdir. 2014-cü il sentyabrın 20-də layihənin təməli qoyulmuş, 2018-ci il mayın 29-da Bakıda rəsmi açılışı həyata keçirilmişdir. Həmin ilin iyunun 12-də Əskişəhərdə TANAP istifadəyə verilmiş, 30 iyun 2018-ci ildən etibarən ilk kommersiya qazının Türkiyəyə nəqlinə başlanılmışdır. 31 dekabr 2020-ci ildə isə Azərbaycan qazının Avropa bazarına tədarükü təmin olunmuşdur.

Ümumi dəyəri təxminən 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi” bu gün Azərbaycanın iqtisadi gücünün və beynəlxalq etibarlılığının göstəricisidir. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz təmin edən ölkələr sırasında dünyada birinci yerdə qərarlaşır.

Nəticə etibarilə, “Cənub Qaz Dəhlizi” Azərbaycanın müstəqil enerji siyasətinin uğurlu nümunəsi olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin uzaqgörən liderliyinin bariz təzahürüdür. Bu layihə ölkəmizin beynəlxalq nüfuzunu daha da artıraraq Azərbaycanı qlobal enerji təhlükəsizliyində mühüm subyektə çevirmişdir.

Yaşar Abdullayev

Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
742

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
723

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
895

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093