Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-01-2026 , 19:23

850

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “Bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində, habelə qiymətləndirmə ilə bağlı ciddi problemlərin olması  göz önündədir”

“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması bələdiyyə sisteminin tarixində inqilabi bir məsələdir. Belə ki,  Azərbaycan Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə BAMS-ın bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyət göstərməsini nəzərdə tutan qanunların təsdiq edilməsi həyata keçirilib.” – bu fikirləri   ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında  deyib.

Adil Əhmədov deyib ki, qonşu ölkələrin bələdiyyələrinin maliyyə, vergi və uçot sistemin bir çətir altına yığan sistem hələ də  qurulmayıb. Ölkəmizdə  qurulan vahid informasiya siteminin analoqu həqiqətən yoxdur.

ABMA-nın Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə 2023-cü ildən başlayaraq həyata keçirdiyi tədbirlər nəticəsində ölkə bələdiyyələri, xüsusən də kənd bələdiyyələri əvvəlki illərə münasibətdə vergi daxilolmalarını əhəmiyyətli dərəcədə artırmışdır. Bələdiyyələrin Analitik Məlumat Sistemindən (BAMS) əldə edilən ilkin məlumatlara əsasən 2025-ci ildə vergi daxilolmaları 2024-cü ilə nisbətdə 27%, 2023-ci ilə nisbətdə isə 54% artmışdır. Yerli vergilərin artım səviyyəsi daha çox kənd bələdiyyələrində müşahidə olunub. 2024- cü illə müqayisədə ötən il kənd bələdiyyələrində yerli vergilərin həcmi 48 faizədək artıb. Yəni 5.5 milyon manata qarşı, ötən il 8.2 milyon manat vergi əldə olunub. Artım səviyyəsi şəhər bələdiyyələrində 20 faizə, qəsəbə bələdiyyələrində isə 25 faizə bərabər olub.

Ölkə üzrə bələdiyyələrin yerli vergilərinin ümumilikdə artım səviyyəsi 27 faizə bərabər olub. Yəni  rəqəmlərlə ifadə olunsa, deməliyik ki, 2024-cü ildə ölkə bələdiyyələri 27.2 milyon manatlıq əmlak və torpaq vergisi əldə etdiyi halda, bu rəqəm ötən il 34.6 milyon manata bərabər olub.

2025-ci ildə keçirilmiş seçkilər nəticəsində bələdiyyələrin birləşməsi və bunun nəticəsi olaraq qəsəbə və kənd bələdiyyələrinin iqtisadi potensialının gücləndirilməsi bu günkü artım səviyyəsini  şərtləndirən məqamlandan hesab etmək olar.

Sözsüz ki, bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində, habelə qiymətləndirmə ilə bağlı bir sıra məqamlarda ciddi problemlərin olması da göz önündədir. Belə ki,  li 2024 - cü ildə mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı  13.6 milyon manat  bələdiyyə  büdcəsində maliyyə vəsaiti daxil olmuşdursa, ötən il bu rəqəm 6 milyon manat ətrafında olub.

Nəzərə alaq ki, hər bir bələdiyyə ilin sonunda təqdiq etdiyi büdcəsinə uyğun büdcə formalaşdırmağı öhdəsinə götürür, lakin ilin ortasında bu vəsaiti əldə edə bilmədiyi halda bələdiyyə problemlərlə üz-üzə qalır və nəticədə bələdiyyənin görməli olduğu işi və ya layihəni dövlət görməli olur.

Cari ilin “Şəhərsalma və Memarlıq”  ili elan edildiyini nəzərə alıb, inanırıq ki, cari ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  və bir çox hallarda qiymətləndirmə ilə bağlı ortaya çıxan problemlər öz həllini tapacaqdır.

Bu problemlərin həlli nəticə etibari ilə bələdiyyə sisteminin inkişafına və yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsində öz sözünü deyəcəkdir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
818

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
722

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
893

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093