Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-01-2026 , 20:23

629

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qanunvericiliyə edilən düzəlişlərin monitorinqi təşkil edilsin 

Bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin yeni ildə ilk iclasına dəvət alanda əvvəlcə müəyyən fikirlərlə bağlı çıxış  edəcəyimi düşündüm. Qeyd edim ki, həqiqətən iclas maraqlı keçdi və  müzakirələr bir xeyli  vaxt apardı.

Komitə sədri Səyavuş Novruzov başda olmaqla, üzvlərdən Arzuxan Əlizadə, Vasif Qafarov,  Aydın Mirzəzadə, Elman Məmmədov və  Kamran Bayramov maraqlı fikirlər səsləndirdilər. Vaxtı ilə bələdiyyə sistemi ilə sıx bağlı olduğundan  Arzuxan Əlizadənin hər kəsi narahat edən məsələlərə daha incəliklə  toxunması iclasın işinə yeni bir rəng  qatdı.

Fürsətdən istifadə edərək assosiasiya sədrləri Təmraz Tağıyev  və Hümbət Hüseynov, habelə ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin direktoru Adil Əhmədov da çıxışlarında  diqqətiçəkən məqamlara toxundular.  Müzakirələrə qoşulmaq istəsəm də artıq vaxt darlığı səbəbindən fikirlərimi yazılı şəkildə  oxucularımla bölüşmək istərdim.

***

Hər il Milli Məclis müəyyən qanunvericilik aktlarına düzəliş və əlavələri müzakirə edir. Yəni qanunvericilik aktları təkmilləşdirilir və nəticədə vətəndaş məmnunluğuna daha geniş imkanlar yaradılır. Bu dəyişikliklər, həm də bələdiyyə qanunvericiliyində də aparılır.

Təklif edərdim ki, Regional məsələlər  Komitəsi mövcud qanunvericiliyə etdiyi dəyişiklik, düzəliş və ya əlavələrin icra vəziyyəti ilə bağlı monitorinq təşkil etsin. Quvvəyə minən təklif və düzəlişlərin icra vəziyyəti yoxlanılsın. Araşdırılsın ki, qüvvəyə minmiş düzəlişin xeyri nə olub? Vətəndaş, bələdiyyə və digər orqanlar bu dəyişkilikdən nə “qazanıblar”.

Bu arada maraqlı bir məqama toxunmaq istərdim. Yeri gəlmişkən, komitə iclasında da məhz bu mövzuya toxunmalı idim.

***

Ötən ildən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə əlaqədar prosedurlara qiymətləndirmə ilə bağlı edilən düzəliş əslində bələdiyyələrə əlavə maliyyə vəsaitinin daxil olmasına şərait yaratmalı idi. Görünən odur ki, qanunvericiliyə edilən bu düzəliş bələdiyyələri əlavə xərcə salmaqla yanaşı, mülkiyyətin özgəninkiləşdirilməsindən daxil olan ödənişlərin həcmini  30 faizədək azaldıb. Demək kifayət qədər insan, əslində seçici bələdiyyədən narazı qalıb və qalmaqdadır.

Bu gün adını çəkmək istəmədiyim bələdiyyələrdən biri qeyd edir ki, əldə etdiyi 120 min manata yaxın büdcə vəsaitinin 11.500 manatını məhz  Əmlak məsələləri Dövlət Xidməti yanında  Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin şəxsə köçürüb. Yəni həmin vəsaitin 2.720 manatı 16 sənədin qiymətləndirilməsinə, 6.820 manatını 26 sənədə görə xidmət haqqı kimi, 1.755 manatını dövlət vergi rüsumu kimi, 12 sənədlə hərracda iştiraka görə 120 manat  ödənilib.

Beləliklə, bələdiyyə əldə etdiyi maliyyə vəsaitinin təxminən 10 fazini  ancaq ƏMDX müvafiq qurumuna köçürüb. Əvvəl 16 sənədə görə qiymətləndirmə arayışına görə hər bir sənədə görə bələdiyyə  30 manat ödəyirdisə, bu gün onun qiyməti minimum 150 manat təşkil edir. Maraqlı məqam bir də ondadır ki, müvafiq qurum sənədə imtina verib geri qaytarırsa , bələdiyyənin pulu batmış hesab olunur. Yəni hər dəfə həmin vəsait ödəməklə yeni arayışın alınması tələb olunur. Beləliklə, bələdiyyə 16 sənədə görə təkcə qiymət arayışına görə əvvəl 480 manat ödədiyi halda, sonuncu dəyişiklikdən sonra 2.720 manatı ödəməli olur. Bununla da razılaşmaq olardı, bir şərtlə ki, bələdiyyənin təqdim etdiyi sənəd qəbul edilmiş olsun. Lakin ƏMDX-nin  müvafiq qurumları əvvəlki illərdə olduğu kimi çox arxayın şəkildə fəaliyyətdədir. Nə isə...

Bir sənədə görə yeddi dəfə imtinanın göndərilməsini necə başa düşək? Bu qurumda heç fikirləşirlərmi ki, bu qədər imtina verməkdənsə bələdiyyələrlə görüş keçirib həm onların səhvini izah edək, həm də öz səhvimizi etiraf edib təkrarlamayaq. Bu qədərdə olmaz axı.

Maraqlı olan odur ki, muvafiq qurumları publik hüquqi şəxsə və ya təsərrüfat hesablı qurumlara çevirməklə tarif dərəcələrini müstəqil şəkildə “dəyişdirməyə” nail olublar. Bəs maraqlıdır, əldə edilən kifayət qədər vəsaitdən dövlət büdcəsinə nə qədər vəsait ödənilib? Ümumiyyətlə, bu sahədə şəffaflıq təmin olunurmu?

Müşahidələr göstərir ki, qurumda deyəsən bu barədə düşünmürlər. Məlumat üçün deyim ki, verilən imtina səbəbindən, habelə qiymətləndirmə  rəylərinin qəbulundan yol verilən anlaşılmazlıqlar  nəticəsində əhali Sizdən, yəni ƏMDX-dən, seçici isə bələdiyyədən narazı qalır. Odur ki, Komitə üzvlərinə təklif edirəm ki, edilən dəyişikliklərin icra vəziyyəti ilə bağlı monitorinq təşkil etməklə, həm də bələdiyyələrə xəritələrin veriməsini sürətləndirə bilərlər. Nəticədə isə bələdiyyələrin üzləşdiyi problemlərin həllinə təkan vermiş olardılar.

İnanıram ki, bu günədək bələdiyyə qanunvericliyinin təkmilləşdirilməsinə kifayət qədər töhfə verən bir komitə bu təklifi diqqətdə saxlayacaqdır.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
690

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
844

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740