Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-01-2026 , 00:29

595

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım: istiqamətlər və perspektivlər” mövzusunda görüş keçirilib


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində “Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım: istiqamətlər və perspektivlər” mövzusunda görüş təşkil olunub. Tədbirdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Hüquq və İnsan Haqları İnstitutunun, Bələdiyyələrin Milli Assosiasiyalarının, Ədliyyə Nazirliyi yanında İctimai şuranın nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri iştirak ediblər.

Tədbir zamanı iştirakçılara Bələdiyyələrlə iş baş idarəsinin fəaliyyəti və bələdiyyələrlə aparılan işin əsas istiqamətləri barədə məlumat verilib. Daha sonra baş idarə tərəfindən 2025-ci ildə hazırlanmış “Yerli özünüidarəetmədə şəffaflıq və antikorrupsiya” və “Bələdiyyə üzv və qulluqçularının hüquqi statusu və ondan irəli gələn əsas tələblər” adlı metodik vəsaitlərin təqdimatı keçirilib. Təqdimat çərçivəsində metodik vəsaitlərdə əhatə olunan məsələlərə, aidiyyəti sahələr üzrə mövcud boşluqlara  və onların aradan qaldırılması mexanizmlərinə toxunulub.

Tədbirdə, həmçinin bələdiyyələrlə metodoloji işin daha da təkmilləşdirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyələrin institusional inkişafı və maliyyə dayanıqlılığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı əməkdaşlıq imkanları üzrə təkliflər irəli sürülüb.

Ədliyyə Nazirliyi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
818

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
722

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
893

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093