Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2023 , 00:59

8610

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Bələdiyyə sədri: “Sakinlərin müraciətinə vaxtında münasibət bildirilməsi bizim əsas vəzifəmiz olmalıdır”

Yeni Suraxanı bələdiyyəsində icra aparatının növbəti iclası keçirilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. İclasda həm də fəal qəsəbə sakinləri də iştirak ediblər.

Bildirilir ki, bələdiyyə qulluqçularının və vergi xidməti əməkdaşlarının iştirak etdiyi iclasda bələdiyyənin birinci rübdəki fəaliyyəti, habelə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Bələdiyyənin ötən illərdən yığılıb qalmış borcların qaytarılması və bir daha neqativ hallara yol verilməməsi  da müzakirə edilən mövzulardan olmuşdur.

Bununla bağlı sədr Fikrət Quliyev bildirib ki, bizim əsas vəzifəmiz sakinlərin müraciətlərinə vaxtında reaksiya verməklə, problemin həllinə çalışmaqdır. Bunun üçün var qüvvəmizlə DSMF borclarının qaytarılmasına çalışmalıyıq ki, müəyyən addımlarımızı ata bilək. Bildirişlərin paylanılmasında, əhalidən vergilərin yığılmasında aktivliyi artımalıyıq.

Sədrin sözlərinə görə, son iki ildə bələdiyyə qulluqçularının fəaliyyəti sayəsində 20 min manata yaxın DSMF və əməkhaqqı borcu qaytarılmışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
359

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
728

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
578

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
799

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
704