Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2023 , 22:01

3421

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Balaxanı bələdiyyəsi maliyyə imkanı daxilində xristian qəbirstanlığına göstərilən xidmət səviyyəsini artıracaqdır”

“Son bir ay ərzində Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən xristian qəbirstanlığında ciddi layihələr icra olunub”- bu fikirləri adıçəkilən qəsəbə bələdiyyəsinin sədri Bahadur Haşımov Belediyye.infoya açıqlamasında bildirib. 

Sədrin sözlərinə görə, Sabunçu RİH-in təşkilatçılığı  və dəstəyi ilə on yeddi hektralıq ərazinin olmayan hissələrinə hasar çəkilmiş, rənglənmiş, əraziyə iki yerdə dəmir darvaza quraşdırılmışdır. Bununla yanaşı arakəsmə yollara çınqıl döşənmiş, ərazi alaq otlarında təmizlənmişdir. 

Həmçinin əraziyə su xəttinin çəkilişi başa çatdırılmış, mühafizə otağı inşa edilmişdir. Zibil tullantıları üçün konteyner quraşdırılmış, bulaq kompleksi inşa edilmişdir. Habelə ərazinin müxətlif yerlərində ağacların suvarılması üçün su çənləri də quraşdırılmışdır. Təbii hava şəraiti nəticəsində yıxılmış məzarlar bərpa olunaraq ətrafında səliqə-səhman yaradılması da görülən işlər sırasındadır. Sabunçu RİH-in təşəbbüsü ilə ərazinin müxətlif hissələrinə kamera quraşdırılmışdır.  

Qeyd edək ki, xristian qəbrtanlığı 03 oktyabr 2019-cu ildə Balaxanı bələdiyyəsinn balansına təhvil verilmişdir.  

Sədr bildirib ki, Balaxanı bələdiyyəsi maliyyə imkanı daxilində bundan sonrada əraziyə göstərilən xidmət səviyyəsini artıracaqdır.

Belediyye.info


Rəylər

2 Rəy

Z.Ş

16-05-2024, 1 il əvvəl

Yazıb sizdən xahiş edirəm ki, Balaxanı qəsəbəsi Pirhüseyn Hüseynov küçəsində Yola tökülən kərpic qırıntılarını təmizlənməsi üçün bizə kömək edəsiniz, bələdiyyə baxmır küçəyə cammat zibil qalıqlarını yola tökürlər.Yayda ifunet iyindən durmaq olmur.

Cavabla

Z.Ş

16-05-2024, 1 il əvvəl

Yazıb sizdən xahiş edirəm ki, Balaxanı qəsəbəsi Pirhüseyn Hüseynov küçəsində Yola tökülən kərpic qırıntılarını təmizlənməsi üçün bizə kömək edəsiniz, bələdiyyə baxmır küçəyə cammat zibil qalıqlarını yola tökürlər.Yayda ifunet iyindən durmaq olmur.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
717

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
744

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
869

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
780

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
839

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
756

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
909