Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-05-2023 , 18:51

9358

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Amsar bələdiyyəsi muzey ərazisini niyə satıb?

A.A.Bakıxanovun Quba rayonu Amsar kəndində olan ev muzeyi kənd əhalisinin təşəbbüsü ilə istifadəyə verilib. Ötən əsrin 80-ci illərində Quba Rayon Partiya komitəsinin birinci katibi işləyən Məhəmməd Əsədovun sakinlərlə görüşündə məsələ qaldırılıb və tez bir zaman kəsiyində bina hazır olub.

Muzey binası kəndin qədim qəbirstanlığınin ərazisində, kəndin mərkəzi hissəsində inşa edilib. Müəyyən dövrdə ictimai əsaslarla fəaliyyət göstərsə də 07 iyul 1999- cu ildə açılışı keçirilib və Quba tarix - diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyətə başlayıb. Hazırda muzeydə 300 yaxın eksponat sərgilənir. Lakin muzeyin binası bu gün tam yararsiz vəziyyətə düşüb.

Bununla bağlı Quba RİH -in müvafiq orqanlara iki dəfə müraciət ünvanladigi deyilir. Təəssüf ki, bu günədək muraciətlərə hər hansı reaksiya verilməyib. Yəqin ki, reaksiya verilsəydi muzey binası bu gün bərbad gündə olmazdı. Bu azmış kimi Amsar bələdiyyəsi muzeyin ərazisinin bir hissəsini həyatyanı sahə kimi satıb. Əslində muzeyin torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da hər halda belə bir addım atilmasi yol verilməzdi.

Bələdiyyənin bu satısdan əldə etdiyi vəsaiti bərbad gündə olan muzeyin binasının bərpasına yönəltmiş olsaydı bəlkə də razılaşmaq olardı. Hər halda bu məqamda bələdiyyə sədrinin tuduğu movqe, habelə göstərdiyi reaksiya qəbul edilən deyil. Bunu bələdiyyə sədrinin öz həmyerlisi olan görkəmli azərbaycanlının ruhuna hörmətsizlik hesab edirəm. Azərbaycan mədəniyyətinin, elminin və siyasətinin bir səhifəsi olan A.A.Bakıxanov irsinə və ruhuna hörmətlə yanaşmaq hər kəsin borcudur. Həm Mədəniyyət nazirliyinin, həmdə Amsar bələdiyyəsinin....

(Geniş arasdırmanı yaxın günlərdə paylaşacağam)

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
707

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
581

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707