Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-07-2023 , 09:58

7743

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “14 iyul 1969-cu ildə hakimiyyətə gəlişiylə  Ulu öndər adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu”

“14 iyul 1969-cu il  Ulu öndər Heydər Əliyevin zirvəyə yüksəlişinin başlanğıc günü kimi tarixə düşüb”- bu fikirləri Belediyye.infoya 22 il YAP-ın Nərimanov təşkilatının sədri olmuş Təmraz Tağıyev bildirib. 

Ölkəsini sevən hər bir insan  1969-cu ilin 14 iyulunu respublikamızın zəngin tarixində dönüş günü, xalqımızın yaddaşında isə şərəfli bir gün kimi qaldığını yaxşı bilir.

Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında məhz həmin günün müstəsna rolunun olması danılmaz faktdır.

Mənim isə, 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdən iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və Ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bugün YAP-in Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımdan fəxr edirəm.    

Azərbaycanın o zamankı rəhbərliyi əslində bu maddənin, yəni “65 yaşdan yuxarı şəxslər Prezident seçkilərində iştirak edə bilməz” deməklə hakimiyyətdə Heydər Əliyevi görmək belə istəmirdilər. Və bu addım birbaşa Ulu öndərə qarşı yönəlmişdi. Xatırladım ki, o illərdə Ulu Öndərin 69 yaşı tamam olurdu.  Biz  Ulu öndərin siyasətini dəstəkləyən  gənclər də Heydər Əliyevi müdafiə mitinqi keçirməklə Azərbaycanın gələcəyinin məhz bu şəxsiyyətlə bağlı olduğunu deyirdik. Bu tarix şərəfli günlərimizdən biridir. 

Bugün fəxrlə deyə bilərəm ki, həmin mitinqdə iştirakımdan  qürur duyuram.

Təmraz Tağıyev i daha sonra bildirib ki, Ulu öndər  o illərdə respublikanın acınacaqlı vəziyyətə düşdüyünü yaxşı bilirdi.  Ölkədə ətalət hökm sürür, təsərrüfat və iqtisadiyyat gündən - günə zəifləyir, xalqın vəziyyəti pisləşirdi. Xalqın rəğbətini qazanmış, işgüzar və mənəviyyatca saf olan işçilər sıxışdırılır və şəxsi mənafelərə görə sıradan çıxarılırdı.

Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu durğunluqdan çıxarmış oldu. 

Bununla Ulu öndər öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu.

Bu gün fəxr ediləsi məqam bir ondadır ki, Ulu öndərin Qarabağımızın  erməni  işğalçılarından  azad edilməsiylə bağlı arzularını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları  sayəsində Azərbaycanı regionun aparacı və qüdrətli dövlətinə çevrilib. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
707

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
582

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707