Bələdiyyə sədri: “Hansısa bir formada rəsmi mənbəyə söykənməyən məlumatın yayılması Şağan bələdiyyəsinin nüfuzuna xələl gətirir”
“Şağan bələdiyyəsinin sədri, həmçinin bir ziyalı
xanım olaraq ictimaiyyət arasında yetərli nüfuza malik olduğum üçün dünəndən etibarən
barəmdə yayılan yalnış məlumatlara aydınlıq gətirməyi özümə borc bildim”- bu
fikirləri Belediyye.infoya Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc
Atayeva bildirib.
Sevinc Atayeva bildirib ki, sədr vəzifəsində çalışdığım bir il
müddətində Şağan bələdiyyəsində bəzi
problemlərin olduğunu aydınlaşdırdım. Bunlardan ən əsası saxta müqavilələrin aşkarlanması
oldu. Bununla əlaqədar gördüyüm işlərin nəticəsində idarədə uzun illər çalışan işçilərindən
üç nəfəri işdən azad olundu. Bunlardan birinə inzibati qaydada Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə
əsasən Şağan bələdiyyəsinin 19.10.2022-ci il tarixli, 19 saylı Əmr ilə töhmət verilib.
Bələdiyyədə təmizləmə işləri apardığımız, vergi
yığımını 10 qat artırdığımız, Şağan bələdiyyəsinin
ötən illərdən yığılıb qalmış DSMF-na qalan 12.000 manat borcunun tam şəkildə ödənməsi, bununla da bələdiyyənin
son on ildə ilk dəfə olaraq bank hesabının açılması məhz bizim kollektivin birgə
fəaliyyətinin uğurlu nəticəsi hesab edilməlidir.
İstənilən məlumatın dəqiqləşdirilməsi daha məqsədəuyğun
olardı. Hansısa bir formada rəsmi mənbəyə
söykənməyən məlumatın yayılması Şağan bələdiyyəsinin, o cümlədən mənimdə yeni
seçilmiş sədr olaraq nüfuzuna xələl gətirir.
Media təmsilçilərindən bu məsələləri diqqətdə
saxlamalarını xahiş edərdim.
Belediyye.info
Rəylər
6 Rəy
Leman
19-07-2023, 2 il əvvəl
Ela aciqlamadir. Biz sizi durust bir insan kimi taniyiriq ve her zaman da siz isinizi duzgun edirsiniz.
CavablaSuleimanova Gülüstan
19-07-2023, 2 il əvvəl
Biz sizinle fexr edirik ve size ve kolektivinize daim uğurlar arzulayırığ Çox sevinirik ki sizin kimi doğru dürüst Belediyye başçımız var
CavablaFəridə əlimuradova
19-07-2023, 2 il əvvəl
Allah köməyiniz olsun! Həqiqət öz yerini tapacaq, qönlünüzü farah tutun!
CavablaElsen Ceferov
19-07-2023, 2 il əvvəl
Hər şeyə inanmaq olmaz. Sizin uğurunuzu qısqandığları üçün belə çirkin əmələ əl atırlar. Hər zaman sevilirsiz sevinc müəllimə. Çox şükür ki, hesab da açıldı.
CavablaElmar Teymurov
20-07-2023, 2 il əvvəl
Men bir muharibe iştirakcisi qazi olaraq hem sizinle fexr edirem hemde sonuna kimi sizin yaninizdayam neceki siz herzaman döyüşen uşaqlarin yaninda olmusuz siz heqiqeten cox gözel insansiz
CavablaMəlahət Əhmədova
24-07-2023, 2 il əvvəl
Sizə halaldı dəyərli insan.hər işin ən gözəlinə layiqsiniz. Həmişə yanınızdayıq.
Cavabla