Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2023 , 15:49

8935

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrlə iş Mərkəzi sözünü dedi: “Vəzifəsi olmayan məsələlər üzrə bələdiyyələrin məsuliyyətə cəlb edilməsi, cəzalandırılması əsassızdır”

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin hazırlayıb ölkənin bütün bələdiyyələrinə göndərdiyi “Yaşayış məntəqələrinin ərazilərinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsində bələdiyyələrin vəzifələri” barədə tövsiyə ilə diqqətlə tanış oldum. Tövsiyədə ekoloji məsələlərin idarə olunması, ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması sahəsində qanunvericiliyin tələbləri, bu sahədə hansı qurumların məsul olduğu, qeyd olunan məsələlərin həllində bələdiyyələr üçün bilavasitə vəzifələr müəyyənləşdirilmədiyi ətraflı izah olunur. Diqqətimi çəkən məsələlərdən biri də o oldu ki, bələdiyyələrin bilavasitə vəzifəsi olmasa da büdcələrinin imkanları daxilində ətraf mühitin mühafizəsi, ekoloji məsələlərin həllində dövlətin ekoloji proqramlarında nəzərdə tutulmayan əlavə tədbirlərin görülməsinə diqqətin artırılması bələdiyyələrə tövsiyə olunur.

Tövsiyədə ölkə qanunvericiliyinin ekoloji məsələlərlə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifələrin qoyulmamasının izah edilməsi ilə Bələdiyyələrlə iş mərkəzi son vaxtlar bələdiyyələrin ardıcıl olaraq inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı bizi narahat edən məsələyə aydınlıq gətirdi. Deməli vəzifəsi olmayan məsələlər üzrə bələdiyyələrin məsuliyyətə cəlb edilməsi, cəzalandırılması əsassızdır.

Əldə etdiyimiz məlumata görə Bələdiyyələrlə iş mərkəzi bələdiyyələrə müvafiq tövsiyəni göndərməklə yanaşı həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət edib.

Əminik ki, görülən tədbirlər bələdiyyələrin əsassız cəzalandırılmasının qarşısının alınmasına öz təsirini göstərəcəkdir.

Bu əminliyimizlə yanaşı həmçinin də qeyd etməliyəm ki, bələdiyyələr özləri də öz hüquqlarını müdafiə etməyi bacarmalı, müvafiq hüquqi prosedurlardan, həmçinin  məhkəmə müdafiəsindən istifadə etməlidirlər.    

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
708

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
583

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707