Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-02-2025 , 11:59

3151

Son xəbərlər

Bütün xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA


Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə yekun vurub. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli Modern.az-a bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq 5 iş günü müddətində bələdiyyə üzvləri inzibati binaya toplaşır.

"Onlar arasından ən yaşlısı ilk bələdiyyə iclasına sədrlik edir. Elə birinci iclasda da bələdiyyə sədrinin seçilməsi ilə bağlı təşkilkatı məsələ qoyulur. Həmin üzvlərin içərisindən də sədr seçilir. Sonrakı proseslərdə isə müavin və komissiya sədrləri ilə bağlı məsələ öz həllini tapır. Bələdiyyə sədrinin müavinlərinin sayı 1, 2, bəzən bələdiyyə üzvlərinin sayına görə 3 də ola bilər. Hər halda əsas məsələ odur ki, ilk iclasa seçilmiş bələdiyyə üzvlərindən ən yaşlısı sədrlik edir və sədr seçkisi keçirilir. Sadə səs çoxluğu ilə qalib olmuş şəxs sədr seçilir”.

Qeyd edək ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.

https://modern.az/olke/506631/belediyye-sedrleri-ne-vaxt-sechilecek-achiqlama/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
600

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
598

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
794

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
615

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
824