Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2025 , 19:11

2149

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Elektron Bələdiyyə (e-Bələdiyyə) portalının təqdimatı keçirilib

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən yaradılmış Elektron Bələdiyyə portalının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ABMA-nın məsul vəzifəli şəxsləri, habelə Bakı şəhərində fəaliyyət göstərən qəsəbə bələdiyyələrin sədrləri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev son illərdə bələdiyyələrdə vergi-uçot sisteminin qurulması, vergi daxilolmalarının artırılması və son birləşmədən sonra bələdiyyə institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Assosiasiya sədri çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2023-cü il tarixli Fərmanına uyğun olaraq fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə “E-bələdiyyə” portalı yaradılıb. O həmçinin, portalın bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şərait yaradacağına əminliyini bildirib.

ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov milli assosiasiyalar tərəfindən həyata keçirilmiş layihələr və növbəti illər  üçün yeni bələdiyyə üzvlərinin qarşısında dayanan əsas məsələlər barədə görüş iştirakçılarına məlumat verib.

Daha sonra ABMA-nın “Bələdiyyələrin Onlayn Xidmət” Mərkəzinin direktoru Adil Əhmədov E-bələdiyyə portalının funksional imkanları barədə məlumat verərək qeyd edib ki, yerli vergi ödəyiciləri “E-belediyye.az” portalında qurulmuş elektron kabinetlərinə “Digital Login” servisi üzərindən müxtəlif identifikasiya vasitələri ilə daxil ola bilərlər. Vətəndaşlar elektron kabinetlərində bələdiyyədə uçotda olan vergitutma obyektləri, vergi borcunun tərkibi, ödəniş tarixçələri və bələdiyyə bildirişləri barədə ətraflı məlumat əldə etməklə yanaşı, vergi borclarını da ödəyə biləcəklər.

Bələdiyyələrlə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq məqsədilə portalda bələdiyyə sorğularında iştirak və bələdiyyələrə təklif vermək, məlumat uyğunsuzluğu barədə aidiyyəti bələdiyyəyə müraciət etmək imkanı yaradılıb.

Mərkəz direktoru vurğulayıb ki, ilkin mərhələdə E-bələdiyyə portalına Bakı şəhərinin bələdiyyələri qoşulacaqdır. Digər ölkə bələdiyyələrinin portala qoşulması isə mərhələli şəkildə yerlərdə təqdimatlar keçirilməklə yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulur.

Görüşdə həmçinin portal vasitəsi ilə tətbiqinə başlanılmış SMS xidnməti barəsində də  görüş iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, portalın tətbiqi bələdiyyə xidmətlərinin səmərəliliyinin artmasına təkan verəcək, habelə yerli vergi ödəyiciləri öz hüquq və öhdəlikləri barədə daha məlumatlı olacaqlar.

Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli  mövzu ətrafında öz fikir və mülahızələrini bildirib.

Görüşün sönunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
859

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
721

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
675

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
545

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
739

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
559

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
757

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
950

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
632

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1036