Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2025 , 19:50

2718

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qarabağ regional ədliyyə idarəsində bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilib

Qarabağ regional ədliyyə idarəsində Ağdam və  Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilib

Tədbirdə Qarabağ regional ədliyyə idarəsinin rəisi Fariz Şirinov “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” və digər əlaqədar mövzular barədə danışıb.

Eyni zamanda, F. Şirinov “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə” nəzərə alınaraq, bələdiyyələrin nizamnamələrinin təkmilləşdirilməsi zərurəti, üsul və vasitələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Seminarda bələdiyyə fəaliyyətinin müxtəlif sahələri ilə bağlı yerli özünüidarəetmə orqanlarının rəhbərlərini maraqlandıran hüquqi məsələlərə dair suallar cavablandırılıb, qanunvericilik aktlarından çıxarışlar bələdiyyə sədrlərinə paylanılıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
606

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1228

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
418