Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2025 , 23:46

2332

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şəki regional ədliyyə idarəsi tərəfindən Balakən və Zaqatala rayon bələdiyyələrinin üzv və qulluqçuları üçün seminar-müşavirələr keçirilib

Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsi tərəfindən Balakən və Zaqatala rayon bələdiyyələrinin üzv və qulluqçuları üçün seminar-müşavirələr keçirilib.

Tədbirlərdə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub, milli dəyərlərin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilməsi vurğulanıb.

Eyni zamanda, yerli özünuidarəetmə sahəsində antikorrupsiya mühitinin yaradılması ilə bağlı qanunvericiliyin tələbləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılmasının xüsüsiyyətləri diqqətə çatdırılıb.

Çıxış edənlər sonuncu bələdiyyə seçkilərinə əsasən formalaşmış bələdiyyələrin fəaliyyətinin təşkili, bələdiyyə qərarlarının strukturu və məzmununa dair tələbləri, bələdiyyə mülkiyyəti, bələdiyyə torpaqlarının idarə edilməsi ilə əlaqədar yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, bələdiyyə büdcəsinin icrası, yerli büdcənin gəlir və xərcləri, habelə vergi ödəyiciləri olan fiziki şəxslərin, sahibkarlıq subyektlərinin və vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi ilə bağlı məsələlərə toxunublar.

Seminarlarda mövzularla bağlı geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
606

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1228

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
418