Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib
Xəbər verdiymiz kimi noyabrın 21- də Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 165 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda təşkilati məsələdə müzakirə olunub.
Ümumi
yığıncaqda İdarə heyətinə üzv seçilən 17 nəfər sırasında olan Şəmkir rayonu
Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri seçilib.
Azərbaycan
Dövlət İqtisad Universitetinin məzunu olan Bəhruz Abbasov bir müddət icra strukturlarında
çalışıb. 2019 və 2025- ci illərdə keçirilən
bələdiyyə seçkilərində üzv və ilk bələdiyyə iclasında Asağı Seyfəli bələdiyyəsinin
sədri seçilib. Gənc və perspektivli kadr
olaraq sədr olduğu bələdiyyədə bir çox ciddi layihələrin icrasına imza atıb.
1992
-ci il təvəllüdülü Bəhruz Abbasov ingilis, rus və türk dilləri bilir.
P.S.
Gənc və perspektivli kadr olaraq Bəhruz Abbasovu təbrik edir, inanırıq ki, fəaliyyəti
ilə bələdiyyə isiteminin inkişafına öz töhfəsini bundan sonra da verəcək.
Rəylər
1 Rəy
Hacı Səfərov
22-11-2025, 3 ay əvvəl
Şəxsən tanıdığım bir yoldaş olaraq,öz fikirmi bildirmək istəyirəm ki, çox keyfiyyətli və ədalətli bir şəxsiyyətdir
Cavabla