Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 16:44

1706

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib

Xəbər verdiymiz kimi noyabrın 21- də Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 165 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda təşkilati məsələdə müzakirə olunub.

Ümumi yığıncaqda İdarə heyətinə üzv seçilən 17 nəfər sırasında olan Şəmkir rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Bəhruz Abbasov bir müddət icra strukturlarında çalışıb.  2019 və 2025- ci illərdə keçirilən bələdiyyə seçkilərində üzv və ilk bələdiyyə iclasında Asağı Seyfəli bələdiyyəsinin sədri  seçilib. Gənc və perspektivli kadr olaraq sədr olduğu bələdiyyədə bir çox ciddi layihələrin icrasına imza atıb.

1992 -ci il təvəllüdülü Bəhruz Abbasov   ingilis, rus və türk dilləri bilir.

P.S. Gənc və perspektivli kadr olaraq Bəhruz Abbasovu təbrik edir, inanırıq ki, fəaliyyəti ilə bələdiyyə isiteminin inkişafına öz töhfəsini bundan sonra da verəcək.

Rəylər

1 Rəy

Hacı Səfərov

22-11-2025, 3 ay əvvəl

Şəxsən tanıdığım bir yoldaş olaraq,öz fikirmi bildirmək istəyirəm ki, çox keyfiyyətli və ədalətli bir şəxsiyyətdir

Cavabla

Rəy yaz