Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2025 , 20:42

878

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Sakinlərlə növbəti  görüşdə “Təmiz Kənd” layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdlr”

 Bu barədə məlumatı Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədri bildirib ki,  Boradigah bələdiyyəsinin və Masallı Rayon İcra Hakimiyyətinin Boradigah İƏDÜ nümayəndəliyinin birgə təşkilatçılığı ilə sakinlərlə  Boradigah Bələdiyyə Sarayında  növbəti görüş keçirilmişdir.

Görüş zamanı vətəndaşları narahat edən məsələlər hər iki qurum rəsmiləri tərəfindən dinlənilmiş, qaldırılan bir sıra problemlər nəzarətə götürülmüş və onların həlli ilə bağlı aidiyyəti qurumlara müraciət edilməsi qərara alınmışdır.

Eyni zamanda sakinlərin təklifləri müzakirə edilmiş, “Təmiz Kənd” layihəsi ilə bağlı fikir mübadiləsi aparılmış, bələdiyyə vergiləri və digər yerli önəm daşıyan məsələlər barəsində məlumatlandırma həyata keçirilmişdir.

Bu cür görüşlərin mütəmadi əsasda keçirilməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ yanaşılması bizim fəaliyyətimizin əsas prioritetlərindəndir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər