Vahid Mirzəyev: “Bizim əsas fəaliyyətimiz sakinlərə xidmətdən başlayır”
Sədr
daha sonra qeyd edib ki, bu istiqamətdə bələdiyyə olaraq cari ildə ardıcıl
addımlar atılmaqdadır.
24
noyabr 2025-ci il tarixində vətəndaşlar tərəfindən Cəlilabad bələdiyyəsinə ödənilən
vergi və rüsumlardan daxil olan vəsait hesabına şəhərin bir neçə küçəsində təmir-abadlıq
işləri həyata keçirilib.
Bu çərçivədə
Milli Qəhrəman Arif Qubadov və Cavanşir küçələrinə çınqıl materialı tökülərək
yolun bərpası və sakinlərin rahat
gediş-gəlişi məqsədilə mühüm işlər görülüb. Sakinlərin illərdir
qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün atılan bu addım həm sosial
rahatlıq, həm də şəhər infrastrukturunun inkişafı baxımından əhəmiyyətli hesab
olunur.
Qeyd
etmək lazımdır ki, sözügedən işlər Cəlilabad Bələdiyyəsinin öz vəsaiti hesabına
alınmış DAF markalı yük maşını vasitəsilə icra olunub. Bu, bələdiyyənin həm
iqtisadi resurslardan səmərəli istifadə etdiyini, həm də yerli infrastrukturun
yaxşılaşdırılmasına xüsusi önəm verdiyini göstərir.
Cəlilabad
bələdiyyəsi tərəfindən daha sonra şəhərin
“Nar Bağı” parkında yaşıllaşdırma aksiyası keçirilib.
Bələdiyyə
kollektivinin iştirakı ilə park ərazisində küknar və eldar şamı ağacları əkildi.
Bu layihənin məqsədi həm şəhərimizin ekoloji tarazlığını gücləndirmək, həm də
sakinlər üçün daha komfortlu, nəfəsalan istirahət məkanı yaratmaqdır.
Sədr
qeyd edib ki, yaşıllaşan Cəlilabad daha sağlam gələcək deməkdir.
Vahid Mirzəyev yekun olaraq bildirib ki, bizim əsas fəaliyyətimiz sakinlərə xidmətdən başlayır. Odur ki, onların qaldırdığı hər bir məsələnin həllinə diqqətlə yanaşır və həlli istiqamətində addımlar atırıq.
Belediyye.info
Rəylər
0 Rəy