Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2025 , 13:36

821

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vahid Mirzəyev: “Bizim əsas fəaliyyətimiz sakinlərə xidmətdən başlayır”

 “Cəlilabad şəhərində infrastrukturun yaxşılaşdırılması istiqamətində rayon icra hakimiyyətinin həyata keçirdiyi layihələrə bələdiyyə olaraq bizdə öz töhfəmizi verməkdəyik” – bu fikirləri adıçəkilən bələdiyyənin sədri Vahid Mirzəyev deyib.

Sədr daha sonra qeyd edib ki, bu istiqamətdə bələdiyyə olaraq cari ildə ardıcıl addımlar atılmaqdadır.

24 noyabr 2025-ci il tarixində vətəndaşlar tərəfindən Cəlilabad bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına şəhərin bir neçə küçəsində təmir-abadlıq işləri həyata keçirilib.

Bu çərçivədə Milli Qəhrəman Arif Qubadov və Cavanşir küçələrinə çınqıl materialı tökülərək yolun bərpası və sakinlərin rahat  gediş-gəlişi məqsədilə mühüm işlər görülüb. Sakinlərin illərdir qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün atılan bu addım həm sosial rahatlıq, həm də şəhər infrastrukturunun inkişafı baxımından əhəmiyyətli hesab olunur.

Qeyd etmək lazımdır ki, sözügedən işlər Cəlilabad Bələdiyyəsinin öz vəsaiti hesabına alınmış DAF markalı yük maşını vasitəsilə icra olunub. Bu, bələdiyyənin həm iqtisadi resurslardan səmərəli istifadə etdiyini, həm də yerli infrastrukturun yaxşılaşdırılmasına xüsusi önəm verdiyini göstərir.

Cəlilabad bələdiyyəsi tərəfindən  daha sonra şəhərin “Nar Bağı” parkında yaşıllaşdırma aksiyası keçirilib.

Bələdiyyə kollektivinin iştirakı ilə park ərazisində küknar və eldar şamı ağacları əkildi. Bu layihənin məqsədi həm şəhərimizin ekoloji tarazlığını gücləndirmək, həm də sakinlər üçün daha komfortlu, nəfəsalan istirahət məkanı yaratmaqdır.

Sədr qeyd edib ki, yaşıllaşan Cəlilabad daha sağlam gələcək deməkdir.

Vahid Mirzəyev yekun olaraq bildirib ki, bizim əsas fəaliyyətimiz sakinlərə xidmətdən başlayır. Odur ki, onların qaldırdığı hər bir məsələnin həllinə diqqətlə yanaşır və həlli istiqamətində addımlar atırıq.

Belediyye.info

 







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər