Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2025 , 01:09

1598

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Zahidov: “Vergi intizamının möhkəmləndirilməsi növbəti dövrlərdə davamlı artım üçün əsas yaradır”


 

“Cari ildə Lerik bələdiyyəsinin yerli vergilərin yığılımasında ciddi irəliləyişə nail olunub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib. Sədr qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin on bir ayı ərzində yerli vergilərin yığılmasında  2.5 dəfə artım müşahidə olunub.

Birdən-birə bu səviyyədə artımın olmasına aydınlıq gətirən sədr Belediyye.infoya açıqlamasında bildirib ki, bunun üçün ilk  növbədə, bələdiyyə üzrə vergi bazasının dəqiqləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işlər mühüm rol oynamışdır. Əvvəlki illərdə uçotdan kənarda qalmış əmlak və torpaq sahələrinin müəyyən edilməsi, mövcud məlumatların faktiki vəziyyətə uyğunlaşdırılması və reyestr məlumatlarının yenilənməsi nəticəsində vergi tutulan obyektlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım təsadüfi xarakter daşımır.

Sədr daha sonra bildirib ki, BAMS-ın bizə təqdim etdiyi xidmətlərdən maksimum dərəcədə istifadə etməyə çalışmışıq. Bununla yanaşı, vergi ödəyiciləri ilə fərdi və kütləvi izahat-maarifləndirmə işlərinin aparılması, rəsmi bildirişlərin verilməsi, yazılı və şifahi xəbərdarlıqların göndərilməsi, ödəniş intizamının yüksəlməsinə səbəb olmuşdur.

Bələdiyyə olaraq xüsusilə, əvvəlki illər üzrə yığılıb qalmış borcların mərhələli şəkildə ödənilməsinə çalışılmışdır.

Artımın mənbələrinə gəldikdə bildiririk ki, ümumi artımın əsas hissəsi əmlak vergisi üzrə daxilolmalar hesabına formalaşmışdır. Bu, əsasən yaşayış və qeyri-yaşayış obyektləri üzrə məlumatların dəqiqləşdirilməsi, sahə və texniki göstəricilərin korrektə edilməsi, eləcə də əvvəllər vergiyə cəlb olunmayan obyektlərin uçota alınması ilə bağlıdır. Torpaq vergisi üzrə də artım müşahidə olunmuşdur, lakin struktur baxımından bu artım əmlak vergisi ilə müqayisədə daha məhdud olmuşdur.

Ümumilikdə qeyd etmək olar ki, əldə olunan nəticələr  vergi intizamının möhkəmləndirilməsi və yerli maliyyə imkanlarının genişləndirilməsi baxımından müsbət dinamikanın formalaşdığını göstərir və növbəti dövrlərdə davamlı artım üçün əsas yaradır.

Belediyye.info

Rəylər

1 Rəy

Rəşad Hüseynov

17-12-2025, 2 ay əvvəl

Ceyhun məllimə işlərində uğurlar arzuluyuruq. İşində yuksək intilekt və bacarıqa malik bir idarə edicidir

Cavabla

Rəy yaz

Oxşar xəbərlər