Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-12-2025 , 19:58

905

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qarabağ regional ədliyyə idarəsi bələdiyyələrin turizm potensialının inkişafı məqsədilə silsilə tədbirlər keçirib

Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyələr üçün silsilə tədbirlər təşkil edilib.

28 noyabr - 1 dekabr tarixlərini əhatə edən tədbirlər “Bələdiyyələrin turizm potensialı və onlardan istifadənin qanuni əsasları”, “Vətəndaşların yerli özünüidarəetmə orqanlarına olan etimadının yüksəldilməsi” və “Bələdiyyələrin büdcə planlaşdırması” mövzularını əhatə edib.

Xındırıstan bələdiyyəsinin inzibati binasında başlanan tədbirdə Qarabağ regional ədliyyə idarəsinin rəisi Fariz Şirinov açılış nitqi ilə çıxış edərək müzakirə olunan sahələr üzrə qanunvericiliyin tələbləri, yerli və beynəlxalq təcrübə barədə iştirakçılara məlumat verib.

Daha sonra turizm üzrə mütəxəssis Azərbaycan turizm sektorunun hazırkı vəziyyəti, yerli özünüidarənin bu sahədə rolu və bələdiyyələrin qrant, texniki yardım və digər maliyyə dəstəyi əldə edə biləcəyi qurumlar barədə məlumat təqdim edib. Bu istiqamətdə mövcud təcrübə iştirakçılarla bölüşülüb, eləcə də “Bələdiyyələrin mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə dəstəyi” adlı təlimat kitabçası paylanıb.

Tədbirlər zamanı hər bələdiyyə üzrə mövcud turizm potensialı dəqiqləşdirilib, bələdiyyə nümayəndələrinin bu barədə baxışları öyrənilib. Eyni zamanda, müalicə turizmi üzrə təbii mineral su mənbələri (Əhmədağalı, Çullu, Üçoğlan), dini turizm əraziləri (Eşq Abdal və Seyid Lazım ağa ziyarətgahları), eləcə də Qarabağ müharibəsi ilə əlaqədar tərk edilmiş mədəniyyət və teatr binaları, kurqanlar, qədim yaşayış məntəqələri, istirahət parkları, balıqçılıq təsərrüfatları, tarixi İmarət Sarayı və digər turizm obyektlərinə baxış keçirilib. Hər obyekt üzrə səmərəli istifadə, bərpa, araşdırma metodları, hər bir bələdiyyə üzvünün qeyd olunan məsələlərə töhfəsi, dövlət dəstəyindən istifadə imkanları və hüquqi məsələlərin həlli barədə geniş izahlar verilib.

Tədbirlərin növbəti günlərində prosesə yerli ekoloqlar, turizm mütəxəssisləri və icra hakimiyyəti nümayəndələri də qoşularaq çoxtərəfli müzakirələr aparılıb. Yerli turizm potensialının qiymətləndirilməsi, yeni obyektlərin yaradılması imkanları üzrə ilkin planlaşdırma və rol bölgüsü həyata keçirilib. Silsilə tədbirlərin gündəliyinə uyğun olaraq dəvət edilmiş maliyyəçi büdcə planlaşdırması, ilkin uçotun aparılması üsulları barədə məlumat verib.

Sonda bələdiyyələrə mövzu ilə bağlı normativ hüquqi aktlar, alt sənəd nümunələri və daxili qaydalar təqdim edilib.


Qarabağ regional ədliyyə idarəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər