Qarabağ regional ədliyyə idarəsi bələdiyyələrin turizm potensialının inkişafı məqsədilə silsilə tədbirlər keçirib
Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyələr üçün silsilə tədbirlər təşkil edilib.
28
noyabr - 1 dekabr tarixlərini əhatə edən tədbirlər “Bələdiyyələrin turizm
potensialı və onlardan istifadənin qanuni əsasları”, “Vətəndaşların yerli
özünüidarəetmə orqanlarına olan etimadının yüksəldilməsi” və “Bələdiyyələrin
büdcə planlaşdırması” mövzularını əhatə edib.
Xındırıstan
bələdiyyəsinin inzibati binasında başlanan tədbirdə Qarabağ regional ədliyyə
idarəsinin rəisi Fariz Şirinov açılış nitqi ilə çıxış edərək müzakirə olunan
sahələr üzrə qanunvericiliyin tələbləri, yerli və beynəlxalq təcrübə barədə
iştirakçılara məlumat verib.
Daha
sonra turizm üzrə mütəxəssis Azərbaycan turizm sektorunun hazırkı vəziyyəti,
yerli özünüidarənin bu sahədə rolu və bələdiyyələrin qrant, texniki yardım və
digər maliyyə dəstəyi əldə edə biləcəyi qurumlar barədə məlumat təqdim edib. Bu
istiqamətdə mövcud təcrübə iştirakçılarla bölüşülüb, eləcə də “Bələdiyyələrin mədəni
irsin öyrənilməsi, qorunması və təbliğinə dəstəyi” adlı təlimat kitabçası
paylanıb.
Tədbirlər
zamanı hər bələdiyyə üzrə mövcud turizm potensialı dəqiqləşdirilib, bələdiyyə
nümayəndələrinin bu barədə baxışları öyrənilib. Eyni zamanda, müalicə turizmi
üzrə təbii mineral su mənbələri (Əhmədağalı, Çullu, Üçoğlan), dini turizm əraziləri
(Eşq Abdal və Seyid Lazım ağa ziyarətgahları), eləcə də Qarabağ müharibəsi ilə əlaqədar
tərk edilmiş mədəniyyət və teatr binaları, kurqanlar, qədim yaşayış məntəqələri,
istirahət parkları, balıqçılıq təsərrüfatları, tarixi İmarət Sarayı və digər
turizm obyektlərinə baxış keçirilib. Hər obyekt üzrə səmərəli istifadə, bərpa,
araşdırma metodları, hər bir bələdiyyə üzvünün qeyd olunan məsələlərə töhfəsi,
dövlət dəstəyindən istifadə imkanları və hüquqi məsələlərin həlli barədə geniş
izahlar verilib.
Tədbirlərin
növbəti günlərində prosesə yerli ekoloqlar, turizm mütəxəssisləri və icra
hakimiyyəti nümayəndələri də qoşularaq çoxtərəfli müzakirələr aparılıb. Yerli
turizm potensialının qiymətləndirilməsi, yeni obyektlərin yaradılması imkanları
üzrə ilkin planlaşdırma və rol bölgüsü həyata keçirilib. Silsilə tədbirlərin
gündəliyinə uyğun olaraq dəvət edilmiş maliyyəçi büdcə planlaşdırması, ilkin
uçotun aparılması üsulları barədə məlumat verib.
Sonda bələdiyyələrə mövzu ilə bağlı normativ hüquqi aktlar, alt sənəd nümunələri və daxili qaydalar təqdim edilib.
Rəylər
0 Rəy