Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2025 , 15:57

924

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tədbir Şabran bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

 Şabran şəhər O. Bəşirov adına  2 nömrəli ümumtəhsil məktəbində Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə “Narkomaniya – ağ ölümdür və ya Narkomaniyaya yox deyək!” şüarı altında maarifləndirici tədbir keçirilmişdir.

Tədbir Şabran Bələdiyyəsinin Gənclərlə İş Komissiyasının üzvləri tərəfindən həyata keçirilmiş və şagirdlər arasında narkomaniyanın fəsadları, zərərli vərdişlərin təhlükələri, gəncləri hədəf alan risk amilləri barədə məlumatlandırma aparılmışdır.

Görüş zamanı gənclərin sağlam həyat tərzi seçməsinin vacibliyi xüsusi vurğulanmış, məktəblilərə real həyat nümunələri və profilaktik maarifləndirici materiallar təqdim edilmişdir.

Şabran Bələdiyyəsi olaraq gənclərin sağlam gələcəyi, onların zərərli vərdişlərdən qorunması və maarifləndirilməsi istiqamətində bu kimi tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Şabran Bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər