Azər Məhərrəmov: “Məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir”
“Əbilkənd ərazisində yeni yaşayış massivində 460 metr uzunluğunda yolun torpaq qatı daşınaraq düzəldilib” bu fikirləri Belediyye.infoya Saatlı rayonu, Qara Nuru bələdiyyəsinin sədri Azər Məhərrəmov deyib.
Sədrin sözlərinə görə, həyata keçirilən layihələrin böyük əksəriyyəti vətəndaşların müraciətləri əsasında həyata keçirilir. Bu günlərdə edilən müraicətlər bələdiyyə iclasında müzakirə edilərək icrası barədə qərar qəbul edilib.
Belə ki, bələdiyyəinin ərazisində olan yol “Qreder” vasitəsilə hamarlanaraq formaya salındıqdan sonra çınqıl tökülərək yayılmışdır. Sonradan yenidən “Qreder”lə üstündən gedilərək bərkitmə işləri aparlımışdır. Bununla yol da olan çökək ərazilər bir daha doldurulmuş və gediş-gəliş üçün daha rahat vəziyyətə gətirilmişdir.
Sədr sonda qeyd edib ki, bələdiyyə olaraq kəndlərimizin
inkişafı və sakinlərimizin rahatlığı üçün işlərimiz bundan sonra da davam
etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy