Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2025 , 17:18

1323

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bayram yarmarkasında bələdiyyə müəssisəsi də öz məhsullarını satışa çıxarıb 

“Quba Meydanı” parkının qarşısında bayram yarmarkası keçirilir. 

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 27 və 28 dekabr 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.

Tüləkəran bələdiyyəsinin “Tüləkəran Təmiz Kənd” məhdud məsuliyyətli cəmiyyəti də rayonun digər kənd təsərrüfatı məhsulları istehsalçıları ilə birlikdə bu yarmarkada iştirak edir. Bələdiyyə müəssisəsi tərəfindın yarmarkada keçi əti, keçi südü, keçi qatığı, keçi südü və keçi pendiri alıcılara təqdim olunur. Təqdim olunan məhsullar ekoloji təmiz olması və yüksək qida dəyərləri ilə seçilir. Təqdim olunan məhsullar alıcılarən marağına səbəb olmaqla yanaşı geniş alıcı kütləsini özünə cəlb edir.

Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər