Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-12-2025 , 21:21

764

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: “Bu gün  seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir”

“Son illərdə yerli özünüidaetmə sahəsində aparılan islahatlar nəticəsində Sumqayıt bələdiyyəsinin  iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, mövcud problemlərin həlli istiqamətində yeni imkanlar yaranmışdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.

Bələdiyyə sədrinin sözlərinə görə,  bu gün  seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir.  Yerli büdcə əsasən yerli vergi və ödənişlərdən formalaşır. Əmlak və torpaq vergisi  bələdiyyə büdcəsinin əsasını təşkil edir.

Ötən illə müqayisədə cari ilin 11 ayı ərzində büdcə gəlirlərində 69 faiz artım müşahidə olunub. Etiraf edək ki, Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşəbbüsü və  Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sistemi Sumqayıt  bələdiyyəsində də uğurla tətbiq olunur.

Sədr sonda qeyd edib ki, əmlak və torpaq vergisi ilə bağlı  kifayət qədər şəhərdə yığım potensialı var. Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət qədər istifadə etməyə çalışır.

Beləliklə, vergi-uçot sistemin düzgün qurulması və BAMS-proqramının verdiyi imkanlardan düzgün istifadə nəticə etibari ilə  şəhər ərazisində həyata keçirilən layihələrin də həcminə müsbət mənada öz təsiri göstərir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər