Adil Xudadatov növbəti vətəndaş qəbulunu keçirib
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş
qəbulunu keçirib.
Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərilə
çıxış ediblər .
Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə
infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər diqqət mərkəzində
olub.
Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə
həllini yerindəcə tapmaq mümkün olan məsələlər üçün aidiyyəti üzrə tapşırıqlar
verib.
Sədr bildirib ki, qəbul
zamanı qaldırılan məsələlər bələdiyyənin sərhədləri daxilində mümkün qədər tez
həll edilməlidir.
Hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstəriləcək, həlli
mümkün olmayan məsələlər isə əlaqədar dövlət və bələdiyyə strukturlarına yönləndiriləcəkdir.
Xüsusilə vurğulanmalıdır ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin
əlaqələrinin gücləndirilməsində, problemlərin vaxtında aşkara çıxarılması və
aradan qaldırılması baxımından vacib rol oynayır.
Rəylər
0 Rəy