Adil Xudadatov: “Bu gün seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir”
“Son illərdə yerli özünüidaetmə sahəsində aparılan islahatlar nəticəsində Sumqayıt bələdiyyəsinin iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, mövcud problemlərin həlli istiqamətində yeni imkanlar yaranmışdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Bələdiyyə
sədrinin sözlərinə görə, bu gün seçicilərimizə verdiyimiz sözü tutmaq üçün yerli
büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir. Yerli büdcə əsasən yerli vergi və ödənişlərdən
formalaşır. Əmlak və torpaq vergisi
bələdiyyə büdcəsinin əsasını təşkil edir.
Ötən
illə müqayisədə cari ilin 11 ayı ərzində büdcə gəlirlərində 69 faiz artım
müşahidə olunub. Etiraf edək ki, Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşəbbüsü
və Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı ilə
həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin
Avtomatlaşdırlımış Məlumat Sistemi Sumqayıt bələdiyyəsində də uğurla tətbiq olunur.
Sədr sonda
qeyd edib ki, əmlak və torpaq vergisi ilə bağlı kifayət qədər şəhərdə yığım potensialı var.
Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət qədər istifadə
etməyə çalışır.
Beləliklə,
vergi-uçot sistemin düzgün qurulması və BAMS-proqramının verdiyi imkanlardan
düzgün istifadə nəticə etibari ilə şəhər
ərazisində həyata keçirilən layihələrin də həcminə müsbət mənada öz təsiri göstərir.
Belediyye.info
Rəylər
0 Rəy