Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2025 , 18:49

861

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Qəsəbə ərazisində  olan şəhid və qazi ailələrinin hər bir müraciətini diqqətdə saxlanılmasını əsas vəzifəmiz hesab edirik


“Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Odur ki, bizdə Sabunçu bələdiyyəsi olaraq  qəsəbə ərazisində  olan şəhid və qazi ailələrinin hər bir müraciətini diqqətdə saxlanılmasını əsas vəzifəmiz hesab edirik”- bu fikirləri Belediyye.infoya adıçəkilən qəsəbənin bələdiyyə sədri Əlfəddin Həsənov deyib.

Sədrin sözlərinə görə, bələdiyyədə  yaradılmış komissiya üzvləri qəsəbə ərazisində olan şəhid və qazi  ailələrinin hər biri ilə mütəmadi olaraq görüşlər keçirir, onların sosial-məişət qayğıları ilə maraqlanır, arzu və istəkləri nəzərə alınır. Hətta bir çox məsələlər bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz həllini tapır.

Sədr qeyd edib ki, bu günlərdə bir qrup qazinin müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılmışdır. Belə ki, qazilərin müraciəti əsasında Sabunçu bələdiyyəsi qəsəbənin Asif Əsədullayev küçəsində 800 kv.m və məhəllədaxili yola asfalt örtüyü salınaraq  abadlaşdırma işləri aparılmışdır.

Sədr qeyd edib ki, bələdiyyə bundan sonra da Sabunçu RİH -in təşəbbüsü ilə əhalinin həssas qrupları ilə bağlı layihələrin icrasını davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər