Sahil qəsəbəsində “Xalqımın qəhrəman övladları “ adlı tədbir təşkil olunub
8 Noyabr - Zəfər günü münasibətilə Sahil bələdiyyəsinin və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı filialının nümayəndələri ilə birgə “Xalqımın qəhrəman övladları “ adlı tədbir təşkil olunub.
Tədbirdə şəhid ailələri,
qazilər, şair Coşqun Xəlili, qəsəbə ağsaqqallı, qəsəbə sakinləri və 228 saylı
tam orta məktəbin kollektivi iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın qəhrəman ordusunun 44 günlük Vətən
müharibəsində qazandığı möhtəşəm qələbədən və torpaqlarımızın azadlığı uğrunda
canından keçən şəhidlərimizin xatirəsindən danışılıb.
Tədbir iştirakçıları Müzəffər
Ali Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbədən
danışaraq, bu günün xalqımız üçün qürur və iftixar mənbəyi olduğunu
vurğulayıblar.
Tədbirdə şagirdlər
tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Tədbir zamanı Sahil
bələdiyyəsinin sədri Ramil Hüseynov tərəfindən şəhid ailələrinə və qazilərə "Fəxri
Fərman, həmçinin şair Coşqun Xəliloğlu tərəfindən “Vətən
imtahanından əla alanlar” adlı şeir kitabı müəllifin öz imzası ilə təqdim
olunub.
Sonda şəhid ailələri və
qazilər göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.
Qaradag rayonu, Sahil bələdiyyəsi
Rəylər
0 Rəy