Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-11-2025 , 20:05

640

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sahil qəsəbəsində “Xalqımın qəhrəman övladları “ adlı tədbir təşkil olunub

8 Noyabr - Zəfər günü münasibətilə Sahil bələdiyyəsinin və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı filialının nümayəndələri ilə birgə   “Xalqımın qəhrəman övladları “ adlı tədbir təşkil olunub.

Tədbirdə şəhid ailələri, qazilər, şair Coşqun Xəlili, qəsəbə ağsaqqallı, qəsəbə sakinləri və 228 saylı tam orta məktəbin kollektivi iştirak etmişlər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın qəhrəman ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsindən danışılıb.

Tədbir iştirakçıları Müzəffər Ali Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbədən danışaraq, bu günün xalqımız üçün qürur və iftixar mənbəyi olduğunu vurğulayıblar.

Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Tədbir zamanı Sahil bələdiyyəsinin sədri Ramil Hüseynov tərəfindən şəhid ailələrinə və qazilərə "Fəxri Fərman,  həmçinin  şair Coşqun Xəliloğlu tərəfindən “Vətən imtahanından əla alanlar” adlı şeir kitabı müəllifin öz imzası ilə təqdim olunub.

Sonda şəhid ailələri və qazilər göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Qaradag rayonu, Sahil bələdiyyəsi







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər