Xocasən bələdiyyəsi hesabat verdi
Binəqədi rayonu Xocasən bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik hesabatını təqdim edib. Bələdiyyənin iclas zalında baş tutan yığıncaqda bələdiyyə üzv və qulluqçuları, qəsəbə agsaqqaları və ziyalıları, sakinlər, məhəllə komitələrinin üzvləri, KİV və QHT nümayəndələri iştirak ediblər. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Hesabat
məruzəsi ilə bələdiyyənin sədri Nigar Məmmədova çıxış edib. O, bələdiyyənin bir
il ərzində gördüyü işlər haqqında - yerli büdcənin gəlir və xərclərindən,
keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən,
sosial layihələrdən geniş məlumat verməklə, qarşıda duran vəzifələrdən danışıb.
Məruzə
ətrafında çıxış edən natiqlər bələdiyyənin illik fəaliyyətinə münasibətlərini
bildirərək öz təklif və tövsiyələrini bildiriblər.
Toplantı
iştirakçılarının təklifi ilə Xocasən bələdiyyəsinin 2025-ci ildəki fəaliyyəti qənaətbəxş
hesab edilib.
Belediyye.info
Rəylər
0 Rəy