Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-11-2025 , 22:20

673

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elxan İbrahimov sabiq bələdiyyə sədrinə Ağsaqqallar Şurasının yeni üzvülük vəsiqəsini təqdim edib 

“Nəsimi rayon İcra Hakimiyyətində rayonun fəal ağsaqqalları ilə görüş keçirilib”- bu barədə məlumatı adıçəkilən icra hakimiyyəti paylaşıb.

Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Elxan İbrahimov ağsaqqalların cəmiyyətdəki rolunu, milli-mənəvi dəyərlərin qorunmasındakı əhəmiyyətini vurğulayıb.

Görüşdə çıxış edən ağsaqqallar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək çıxışlarında dövlətçiliyimizə daim dəstəklərini ifadə ediblər.

Tədbirdə tanınmış ziyalı,  YAP-ın qurucusu olmuş məşhur “91-lər” dən biri, Nəsimi bələdiyyəsinin sabiq sədri  Əziz Axundova Ağsaqqallar Şurasının yeni üzvülük vəsiqəsi və döş nişanı təqdim olunub. 

Məlumatda RİH -də bu səpgidə görüşlərin davamlı olacağı qeyd edilib.

Qeyd edək ki, Əziz Axundov Nəsimi bələdiyyəsinin ilk sədri olub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər