Elxan İbrahimov sabiq bələdiyyə sədrinə Ağsaqqallar Şurasının yeni üzvülük vəsiqəsini təqdim edib
“Nəsimi rayon İcra Hakimiyyətində rayonun fəal ağsaqqalları ilə görüş keçirilib”- bu barədə məlumatı adıçəkilən icra hakimiyyəti paylaşıb.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Elxan İbrahimov ağsaqqalların cəmiyyətdəki rolunu, milli-mənəvi dəyərlərin qorunmasındakı əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən ağsaqqallar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək çıxışlarında dövlətçiliyimizə daim dəstəklərini ifadə ediblər.
Tədbirdə tanınmış ziyalı, YAP-ın qurucusu olmuş məşhur “91-lər” dən biri, Nəsimi bələdiyyəsinin sabiq sədri Əziz Axundova Ağsaqqallar Şurasının yeni üzvülük vəsiqəsi və döş nişanı təqdim olunub.
Məlumatda RİH -də bu səpgidə görüşlərin davamlı olacağı qeyd edilib.
Qeyd edək ki, Əziz Axundov Nəsimi bələdiyyəsinin ilk sədri olub.
Belediyye.info
Rəylər
0 Rəy