Tədbir Sahil bələdiyyəsinin iştirakı təşkil olunub
Sahil bələdiyyəsinin və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı filialının nümayəndələri ilə birgə “Narkomaniyaya son qoyaq “ adlı tədbir təşkil olunub. Tədbirdə bələdiyyə sədri Ramil Hüseynov, 2 saylı MKİS-in müdiri Ulduz Heybətova,QRİHB-nın Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyinin əməkdaşı Vüsal Ələsgərov, qəsəbə sakinləri və 228 saylı tam orta məktəbin kollektivi iştirak etmişlər.
Tədbir Azərbaycan
Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, daha sonra
narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr barədə geniş məlumat
verilmişdir. Bildirilib ki, narkotik vasitələrdən istifadə insan sağlamlığına
ciddi zərər vurur, psixoloji asılılıq yaradır, şəxsiyyətin davranış
xüsusiyyətlərinə mənfi təsir göstərir və sosial problemlərin yaranmasına səbəb
olur.
Tədbirdə çıxış edənlər qeyd
etmişlər ki, Azərbaycan dövləti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
mübarizəni prioritet istiqamət kimi müəyyənləşdirmiş, bu sahədə ardıcıl
profilaktik və maarifləndirmə tədbirləri həyata keçirir. Yetkinlik yaşına
çatmayanlar arasında narkomaniyanın qarşısının alınması məqsədilə məktəblərdə
mütəmadi olaraq təbliğat işləri aparılır, valideynlər, pedaqoqlar və
yeniyetmələr arasında məlumatlandırıcı söhbətlər keçirilir.
Qeyd olunmuşdur ki, narkotik
vasitələrə meyillilik çox zaman məlumatsızlıq, psixoloji dayanıqsızlıq, ictimai
nəzarətin zəif olması və mənfi sosial mühitdən qaynaqlanır. Buna görə də hər
bir ailə, təhsil müəssisəsi və ictimai qurum gənclərin sağlam şəkildə
formalaşmasına xüsusi diqqət yetirməlidir.
Tədbirin sonunda
iştirakçılar narkomaniyadan qorunma yolları barədə suallarını səsləndirmiş, müvafiq
qurumların nümayəndələri tərəfindən onlara ətraflı məlumat verilmişdir.
Sahil bələdiyyəsi
Rəylər
0 Rəy