Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2025 , 19:26

1147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Tehran Rəhmanov: “Kollektivin birgə səyi ilə qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəmizi sərf edirik”

“Bələdiyyə qanunvericiliyinin tələblərinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir”- bu fikirləri bələdiyyə qanunvericiliyinə istinadən Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədr qeyd edib ki, bizdə artıq oktyabr və noyabr aylarında keçirilən bələdiyyə iclaslarında büdcə layihəsi müzakirəyə çıxarılıb. Əsasən sosialyönümlü olması nəzərdə tutulan büdcəmizin müzakirəsi ətrafında hər bir iştirakçı öz təklif və tövsiyələrini verməkdədir. Bu günlərdə keçiriləcək dekabr iclasında növbəti il üçün nəzərdə tutulan büdcəmiz  əlavə təkliflərlə birgə öz təsdiqini tapacaq.

Bu gün əsas hədəfimiz büdcə gəlirlərini artırmağa söykənir. Bələdiyyənin vergi-uçot sistemində mövcud boşluqları aradan qaldırmaqla büdcə gəlirlərimizi əvvəl ki illə müqayisədə artımına nail olmuşuq. Bütün bunlarla yanaşı ərazidə kifayət qədər sənədsiz əmnlakın olması bizim fəaliyyətimizə, büdcə vəsaitlərinin artımına öz mənfi təsirini göstərməkdədir. Lakin kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə doğru addımlayır və qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəmizi sərf edirik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723