Tehran Rəhmanov: “Kollektivin birgə səyi ilə qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəmizi sərf edirik”
“Bələdiyyə qanunvericiliyinin tələblərinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir”- bu fikirləri bələdiyyə qanunvericiliyinə istinadən Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.
Sədr
qeyd edib ki, bizdə artıq oktyabr və noyabr aylarında keçirilən bələdiyyə
iclaslarında büdcə layihəsi müzakirəyə çıxarılıb. Əsasən sosialyönümlü olması nəzərdə
tutulan büdcəmizin müzakirəsi ətrafında hər bir iştirakçı öz təklif və tövsiyələrini
verməkdədir. Bu günlərdə keçiriləcək dekabr iclasında növbəti il üçün nəzərdə
tutulan büdcəmiz əlavə təkliflərlə birgə
öz təsdiqini tapacaq.
Bu
gün əsas hədəfimiz büdcə gəlirlərini artırmağa söykənir. Bələdiyyənin
vergi-uçot sistemində mövcud boşluqları aradan qaldırmaqla büdcə gəlirlərimizi əvvəl
ki illə müqayisədə artımına nail olmuşuq. Bütün bunlarla yanaşı ərazidə kifayət
qədər sənədsiz əmnlakın olması bizim fəaliyyətimizə, büdcə vəsaitlərinin
artımına öz mənfi təsirini göstərməkdədir. Lakin kollektivin birgə səyi ilə
qarşımıza qoyduğumuz hədəfə doğru addımlayır və qəsəbədə vətəndaş məmnunluğunun
təmin edilməsi üçün var qüvvəmizi sərf edirik.
Belediyye.info
Rəylər
0 Rəy