Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2025 , 01:05

1033

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov:  “Növbəti il üçün büdcə gəlirinin üç milyon manat olmasını nəzərdə tuturuq”

“Cari ilin on bir ayı ərzində yerli vergilərin yığımında 40 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, bu son hədd deyil. Hazırda büdcə layihəsi  iki dəfə bələdiyyə iclasında müzakirəyə çıxarılıb. Hər bir müzakirədə ciddi əlavələr edilib. Növbəti il üçün büdcə gəlirinin üç milyon manat olmasını nəzərdə tuturuq.

Sədr əlavə edib ki, ötən il büdcə gəlirlərinin  iki milyon manat ətrafında olması nəzərdə tutmuşuq. Bu gün demək olar ki, cari il üçün nəzərdə tutulan proqnoz artıq yerinə yetirilib.

Kommunikasiya texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda BAMS proqramından geniş istifadə edilməsi Nəsimi  bələdiyyəsinin inkişafı üçün geniş zəmin yaratmışdır.  Bu gün bələdiyyənin vergi-uçotu yenilənmiş və təkmilləşdirilmiş  BAMS üzərindən qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır. BAMS-ın yaratdığı imkandan yararlanmaqla büdcə gəlirlərimizi daha da artırmaq niyyətindəyik. 

Əldə edilən gəlirlərin hesabına isə bələdiyyə ərazisində  bir sıra iri həcmli layihələri icra edərək ərazidə yaşayan sakinlərimizi sevindirmək arzusundayıq, bununla  həm də ölkə başçısının daim tələb etdiyi  vətəndaş məmnunluğunu təmin etmiş oluruq .

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723