Əziz Zeynalov: “Növbəti il üçün büdcə gəlirinin üç milyon manat olmasını nəzərdə tuturuq”
“Cari ilin on bir ayı ərzində yerli vergilərin yığımında 40 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, bu son hədd deyil. Hazırda büdcə layihəsi iki dəfə
bələdiyyə iclasında müzakirəyə çıxarılıb. Hər bir müzakirədə ciddi əlavələr edilib.
Növbəti il üçün büdcə gəlirinin üç milyon manat olmasını nəzərdə tuturuq.
Sədr əlavə
edib ki, ötən il büdcə gəlirlərinin iki
milyon manat ətrafında olması nəzərdə tutmuşuq. Bu gün demək olar ki, cari il üçün nəzərdə tutulan
proqnoz artıq yerinə yetirilib.
Kommunikasiya
texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir
parçasına çevrildiyi bir vaxtda BAMS proqramından geniş istifadə edilməsi Nəsimi
bələdiyyəsinin inkişafı üçün geniş zəmin
yaratmışdır. Bu gün bələdiyyənin vergi-uçotu yenilənmiş və təkmilləşdirilmiş BAMS üzərindən qurulub. Yenilənmiş BAMS
proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır. BAMS-ın yaratdığı
imkandan yararlanmaqla büdcə gəlirlərimizi daha da artırmaq niyyətindəyik.
Əldə edilən gəlirlərin hesabına isə bələdiyyə ərazisində bir sıra iri həcmli layihələri icra edərək ərazidə yaşayan sakinlərimizi sevindirmək arzusundayıq, bununla həm də ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş oluruq .
Rəylər
0 Rəy