Bəylər Həsənov: “Büdcə vəsaitlərinin həcmini 44 faiz artırsaqda bu son hədd deyil”
“Binəqədi qəsəbə bələdiyyəsi olaraq əsas vəzifəmiz seçicilər arasında bələdiyyənin çəki və nüfuzunu artırmaqdan ibarətdir”- bu fikrləri Belediyye.infoya deyən sədr Bəylər Həsənov qeyd edib ki, “bu vəzifənin öhdəsindən gəlmək üçün bələdiyyənin maliyyə durumunu, o cümlədən əvvəlki illərdən yığılıb qalmış borcları bağlamaq tələb olunurdu.”
Sədr
qeyd edib ki, bələdiyyə qulluqçularına, habelə bələdiyyənin vergi xidmətinin əməkdaşlarının
fəaliyyətləri üçün lazımi şərait yaratmaqla, habelə təkmilləşdirilmiş BAMS proqramının
verdiyi imkandan yararlanaraq bələdiyyənin bu günədək yığılıb qalmış borcları
bağlanılmışdır. Üst-üstə bu borcun həcmi 130 min manata yaxın idi. Onun da 38
min manatı DSMF olan borc idi. Digər qurumlara və əməkhaqqı üzrə olan borclar
bu gün qəpiyinədək bağlanmışdır. Nəticədə bələdiyyənin bank hesabı açıq olduğundan
artıq sakinlərin qaldırdığı məsələləri
diqqətdə saxlaya biləcəyik.
Bir məqama
da toxunan sədr Bəylər Həsənov bildirib ki, 2024-cü ilin dekabr ayının 17 günü ərzində
əgər 14 min manat əldə edilmişdirsə, cari ilin 17 günü ərzində bu rəqəm 25 min
manata yaxın olub. Hər halda ümumi büdcə
gəlirlərində 44 faizlik artım ümumi rəqəmlə hesablasaq 100 min manatdan artıq vəsait
deməkdir.
Müvafiq
qanunvericiliyiə edilən dəyişikliyə əsasən 2027-ci ildən artıq bildirişlərin
onlyan qaydada verilməsinə başlanılacaqdır. Bu gün vergi xidməti bu sistemin tətbiqinə ciddi hazırlaşır.
BAMS da təkrar və yalnış məlumatların dürüstləşdirilməsi aparılır. Bu prosesdə
sözsüz ki, vaxt aparır. Lakin bütün bu çətinliklərə baxmayaraq bələdiyyənin
kollektivi daha böyük zirvələri fəth etməyə hazırdır. Əldə olunan nailiyyət isə
bütün hallarda kollektivin birgə səyi ilə əldə olunub.
Binəqədi
qəsəbəsi paytaxtın ərazi və əhali
baxımından ən böyük yaşayış məntəqələrindəndir. Xəritəmizin hələ də verilməməsi,
mülkiyyətə əmlak və torpağın verilməməsi, üstəlik ərazidə çoxsaylı sənədsiz əmlakın
olması bələdiyyənuin büdcə daxilolmalarına ciddi şəkildə təsir edir. Hər halda
bələdiyyənuin əsas vəzifəsi həm də əldə etdiyi maliyyə vəsaiti ilə sakinlaər
qaldırdığı məsələlərin həllinə nail olmaqdır.
Lakin
büdcə vəsaitlərinin həcmini 44 faiz artırsaqda, bu son hədd deyil. Hazırda bələdiyyə
üçün dayanıqlı maliyyə mənbəyinin yaradılması barədə müzakirələr aparırıq. Son günlərdə bələdiyyənin növbəti il üçün təsdiq
etdiyi büdcə layihəsinin müzakirəsi zamanı da bu məsələyə də ciddi diqqət
yetirilib.
Belediyye.info
Rəylər
0 Rəy