Kamandar Zeynalov: “Büdcə gəlirlərini artırmaq üçün hazırda bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışır”
“Bu gün bələdiyyəyə
müraciət edən vətəndaşın probleminin həllini sürətləndirmək istəyiriksə ilk
növbədə büdcə gəlirlərini artırmaq barədə düşünməliyik”- bu barədə
Belediyye.infoya məlumatı Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar
Zeynalov deyib.
Sədr deyib
ki, büdcə gəlirlərini artırmaq üçün
hazırda bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışır.
Yenilənmiş
BAMS proqramının verdiyi imkandan yararlanaraq cari ildə də müəyyən irəliləyişə
nail olunub. Belə ki, ötən ilin yanvar
ayı ilə müqayisədə cari ilin yanvar ayında
büdcə gəlirlərində 62 faiz, yəni
7.486 manat, fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə
14.5 dəfə, yəni 14.356 manat artıq
maliyyə vəsaiti yerli büdcəyə daxil olub.
Bu günlərdə
“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə
ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarında irəli sürülən məqamlar bələdiyyənin
büdcə daxilolmalarının həcminin bir xeyli artırmış olacaq. Odur ki, bələdiyyənin vergi xidməti rəqəmsallaşma
ilə bağlı atılan bu addımların tətbiqinə hazır olmalıdır.
Bununla
yanaşı müəyyən tariflərin 26 il əvvəl
olduğu kimi qalması, habelə qəsəbə ərazisində sənədsiz əmlakın
mövcudluğu büdcə gəlirlərinin kəskin şəkildə artmasına imkan vermir. Bələdiyyənin
üzləşdiyi bu problemlərin həlli ilə bağlı addım atılsa büdcə gəlirlərində ciddi
şəkildə artıma ola bilərik. Nəticə etibari ilə büdcə gəlirlərinin artması nəticədə
qəsəbə əhalisinin problemlərinin həllini təkan vermiş olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy