Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-03-2026 , 01:35

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rizvan Rəhimov: “Nazirlər Kabinetinin bu qərarı hər bir bələdiyyəyə yeni imkanlar açacaq”

“Bu gün Şüvəlan bələdiyyəsinin vergi xidmətinin əsas məqsədi hədəfə doğru addım atmaqdır. Cari ildə isə hədəfimiz 400 min manatlıq büdcə gəliri əldə etməkdir. Bələdiyyə sədri Telman Süleymanovun rəhbərliyi, müvafiq yerli və mərkəzi icra hakimiyyəti  orqanlarının dəstəyi ilə hədəfə çatacağımıza inanıram”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu,  Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Məhz vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, cari ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 fazilik, fevral ayında isə 3  dəfəyədək artım müşahidə olunub. 

Belə ki, yanvar ayında ümümilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.981 manat artıq vəsait toplanılmış, fevral ayında isə bu fərq  16.603 manata bərabər olmuşdur.

 Vergi xidmətinin rəhbəri bildirib ki, bu günlərdə Baş nazir Əli Əsədov tərəfindən imzalanan “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI hər bir  bələdiyyəyə geniş imkanlar açacaqdır. Bu qərarın icrası nəticə etibari ilə bələdiyyə büdcəsinin 25-30 faizlik artıma imkan yaradacaqdır. Əsas məsələ hər bir vergi xidməti əməkdaşının bu qərardan lazımı səviyyədə yararlanmasıdır. Bu gün vergi müfəttişlərinin potensialından istifadə edərək qarşımıza qoydyğumuz hədəfə doğru irəliləyirik.

Xidmət rəhbəri qeyd edib ki, əldə olunan hər bir  manat nəticə etibari ilə sonda vətəndaşın qaldırdığı problemin həllinə yönəldilir. Odur ki, qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə Şüvəlan bələdiyyəsi də bundan  sonra da öz töhfəsini layiqincə verəcəyinə əminik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər