Ağaəli Məsimov: “Qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə bundan sonra da çalışacağıq”
Sədrin sözlərinə görə, hazırda bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti əsasən sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir. Odur ki, problemlərin həlli isə maliyyə vəsaiti tələb etdiyinidən vergi xidməti orqanının məsuliyyət hissini artırır.
Odur ki, bir tərəfdən büdcə gəlirlərini artırmağa çalışır, digər tərəfdən vətəndaşlarla
görüşlər keçirir, başqa bir tərəfdən isə sakinlərin qaldırdığı məsələlərin həlinə
çalışırıq.
Məhz
cari ildə qəsəbənin Rəşid bəy Əfəndiyev və Ağabəy Sultanov küçələrinə çınqıl tökülərək yayılmış və yolda
bərkitmə işləri aparılmışdır.
Bələdiyyə
iclasının qərarı ilə qəsəbənin Hüseynbala
Ağaverdiyev küçəsindən qəbirstanlığın keçən hissəsində hasarın inşası və
suvanması həyata keçirilmişdir. Həmin ərazidə uzunluğu 30 metr ümumilkdə 85
kv.mert ərazi bələdiyyənin maliyyə vəsaiti ilə istifadəyə verilib.
Bələdiyyə cari ildə bununla yanaşı yeni yaşayış massivində 910 kv.m əraziyə asfalt qırıntısı və daş tozu tökülərək yayılmış, ərazidə bərkitmə işləri aparılmışdır. Bununla yanaşı qəsəbədə həmçinin 500 kv.m asfalt da vurlmuşdur.
Bələdiyyə daim qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə bundan sonra da çalışacaqdır.
Belediyye..info
Rəylər
0 Rəy