Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-12-2025 , 16:45

1189

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə bundan sonra da çalışacağıq”

 “Hər bir bələdiyyə yerliözünüidarəetmə orqanı olaraq seçiciləri narahat edən məsələlərin həllini daim diqqətdə saxlamalıdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov bildirib.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti əsasən sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir. Odur ki, problemlərin həlli isə maliyyə vəsaiti tələb etdiyinidən vergi xidməti orqanının məsuliyyət hissini artırır.

Odur ki, bir tərəfdən büdcə gəlirlərini artırmağa çalışır, digər tərəfdən vətəndaşlarla görüşlər keçirir, başqa bir tərəfdən isə sakinlərin qaldırdığı məsələlərin həlinə çalışırıq.

Məhz cari ildə qəsəbənin Rəşid bəy Əfəndiyev və Ağabəy Sultanov  küçələrinə çınqıl tökülərək yayılmış və yolda bərkitmə işləri aparılmışdır.

Bələdiyyə iclasının qərarı ilə qəsəbənin  Hüseynbala Ağaverdiyev küçəsindən qəbirstanlığın keçən hissəsində hasarın inşası və suvanması həyata keçirilmişdir. Həmin ərazidə uzunluğu 30 metr ümumilkdə 85 kv.mert ərazi bələdiyyənin maliyyə vəsaiti ilə istifadəyə verilib.

Bələdiyyə cari ildə bununla yanaşı yeni yaşayış massivində 910 kv.m əraziyə asfalt qırıntısı və daş tozu tökülərək yayılmış, ərazidə bərkitmə işləri aparılmışdır. Bununla yanaşı qəsəbədə həmçinin 500 kv.m asfalt da vurlmuşdur.

Bələdiyyə daim qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə bundan sonra da çalışacaqdır.

Belediyye..info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər