Seymur Rəsulov: “Büdcə gəlirlərimizi artırmaqla vətəndaşlarımizin üzləşdiyi problemlərin həllini sürətləndiririk”
“Hövsan bələdiyyəsi cari ilin on bir ayı ərzində yerli vergilərin yığımında ötən ilki rəqəmi iki dəfəyədək artıra bilib”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.
Sədr bildirib ki, vergi xidmətinin əməkdaşlarının, habelə bələdiyyənin
üzv və qulluqçularının birgə səyi
və vergi ödəyiciləri ilə davamlı görüşlərin nəticəsi
olaraq ilin sonunadək qarşımıza qoyduğumuz hədəfə çata bilmişik. Nəticə olaraq, sakinlərlə maarifləndirici görüşlərin keçirilməsi
öz töhfəsini verməkdədir.
Sədr xüsusi olaraq qeyd edib ki, Suraxanı rayonu, Hövsan bələdiyyəsinə
gələn hər bir vətəndaş bələdiyyədən probleminin həllinə nail olur, həm
vergisini ödəmiş olur, həm də bələdiyyənin fəaliyyəti ilə yaxından tanış olaraq
fəaliyyətimizi canlı şəkildə təbliğ edir.
Seymur
Rəsulov qeyd edib ki, bələdiyyənin vegi xidmətinin təhlili zamanı Hövsan qəsəbəsində təxminən 15.800 çıxarışlı əmlakın olduğu müəyyən edilib. Cari ildə bu rəqəmin
inteqrasiya vasitəsi lə 3.500 ə yaxın hissəsinin sənədi alınaraq BAMS-a yerləşdirilib. Daha
2000-nin alınması üzərində iş gedir. Alınan çıxarışlar əsasən qəsəbənin bağ
massivində olan əmlaklardır.
Büdcə gəlirlərimizi artırmaqla vətəndaşlarımizin üzləşdiyi problemlərin həllini
sürətləndiririk.
Belediyye.info
Rəylər
0 Rəy