Xətai bələdiyyəsi 120 şəhid və qazi ailəsinə bayram sovqatı paylayıb
Xətai RİH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə rayon ərazisində yaşayan və Vətən Müharibəsində iştirak etmiş 120 qazi və şəhid ailələri ilə bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə ziyarət olunub.
Hər bir görüşdə 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli
amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan
torpaqlarımızı işğaldan azad etdiklər vurğulanıb, buna görə qazilərimizə və şəhidlərimizə
Azərbaycan xalqının daim minnətdar olduğu bildirilib.
Görüş iştirakçıları qəhrəmanlıq salnaməsi yazaraq vətən
uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid
ailələrinə səbir arzulayıblar.
Sonda şəhid ailələrinə Xətai bələdiyyəsi adından bayram sovqatları təqdim edilib.
Belediyye.info
Rəylər
0 Rəy