Qaraçuxur bələdiyyəsində Kərim Akbaşla görüş keçirilib
Bu gün Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində Cumhur Xəbər Agentliyinin (CUMHA) Media Ombudsmanı Kərim Akbaşla görüş keçirilib.
Qaraçuxur
bələdiyyəsinin sədri İxdiyar Nəcəfovun, sədr müavini Ələddin Həsənovun və Milli
Aviasiya Akademiyasının müəllimi Vasif Qasımovun iştirakı ilə keçirilən görüşdə
iki qardaş ölkə arasında əlaqələrdən, qardaş Türkiyənin haqq savaşımızın hər anında
Azərbaycanın yanında olmasından, Türkiyə kimi qlobal proseslərə əhəmiyyətli təsir
imkanlarına malik güclü bir dövlətin yanımızda olmasından söhbət açılıb.
Görüşdə
bildirilib ki, Azərbaycanla təhdid dili
ilə danışmaq istəyənlər, müharibəyə müdaxilə etmək fikrinə düşənlər
qarşılarında Türkiyəni də görərək dayanmalı oldular. Bu tarixi Qələbəmizin rəmzi
kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə prezidentləri
yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının
sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu,
bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər
paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi.
Görüş
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon təşkilatının ofisində davam etdirilmişdir.
Hər
iki görüşdən məmnun qaldığıni bildirən Cumhur Xəbər Agentliyinin (CUMHA) Media Ombudsmanı Kərim Akbaş ikitərəfli əlaqələrin
inkişafına təmsil etdiyi qurumunda töhfə verdiyi dilə gətirib.
Qeyd
edək ki, Cumhur Xəbər Agentliyi (CUMHA)
yerli, milli və beynəlxalq mediaya dəqiq və etibarlı xəbər məzmunu təqdim edir.
Qərəzsiz jurnalistika prinsipləri əsasında fəaliyyət göstərən agentlik əsas
diqqət mərkəzində ictimai maraq olmaqla geniş auditoriyaya çatmağa çalışır.
İnkişaf
etmiş infrastrukturu sayəsində xəbərlər yazılı, vizual və rəqəmsal formatlarda
hazırlanır və media orqanlarına tez və operativ şəkildə çatdırılır. Geniş
auditoriya əhatəsi və peşəkar yanaşması ilə CUMHA xəbərlərin maraqlı tərəflərə
mümkün olan ən yüksək dəqiqliklə çatmasını təmin edir.
Media sektorunda etibarlı tərəfdaş olmaq missiyası ilə agentlik qərəzsiz mövqeyini və xidmətə innovativ yanaşmasını qoruyub saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy