Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-01-2026 , 17:52

1219

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qaraçuxur bələdiyyəsində Kərim Akbaşla görüş keçirilib

Bu gün Suraxanı  rayonu Qaraçuxur  bələdiyyəsində  Cumhur Xəbər Agentliyinin  (CUMHA)  Media Ombudsmanı Kərim Akbaşla görüş keçirilib.

Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfovun, sədr müavini Ələddin Həsənovun və Milli Aviasiya Akademiyasının müəllimi Vasif Qasımovun iştirakı ilə keçirilən görüşdə  iki qardaş ölkə arasında əlaqələrdən,  qardaş Türkiyənin haqq savaşımızın hər anında Azərbaycanın yanında olmasından, Türkiyə kimi qlobal proseslərə əhəmiyyətli təsir imkanlarına malik güclü bir dövlətin yanımızda olmasından söhbət açılıb.  

Görüşdə bildirilib ki,  Azərbaycanla təhdid dili ilə danışmaq istəyənlər, müharibəyə müdaxilə etmək fikrinə düşənlər qarşılarında Türkiyəni də görərək dayanmalı oldular. Bu tarixi Qələbəmizin rəmzi kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə prezidentləri yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu, bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi.

Görüş Qərbi Azərbaycan İcmasının Suraxanı rayon təşkilatının ofisində davam etdirilmişdir.

Hər iki görüşdən məmnun qaldığıni bildirən Cumhur Xəbər Agentliyinin  (CUMHA)  Media Ombudsmanı Kərim Akbaş ikitərəfli əlaqələrin inkişafına təmsil etdiyi qurumunda töhfə verdiyi dilə gətirib.

Qeyd edək ki,  Cumhur Xəbər Agentliyi (CUMHA) yerli, milli və beynəlxalq mediaya dəqiq və etibarlı xəbər məzmunu təqdim edir. Qərəzsiz jurnalistika prinsipləri əsasında fəaliyyət göstərən agentlik əsas diqqət mərkəzində ictimai maraq olmaqla geniş auditoriyaya çatmağa çalışır.

İnkişaf etmiş infrastrukturu sayəsində xəbərlər yazılı, vizual və rəqəmsal formatlarda hazırlanır və media orqanlarına tez və operativ şəkildə çatdırılır. Geniş auditoriya əhatəsi və peşəkar yanaşması ilə CUMHA xəbərlərin maraqlı tərəflərə mümkün olan ən yüksək dəqiqliklə çatmasını təmin edir.

Media sektorunda etibarlı tərəfdaş olmaq missiyası ilə agentlik qərəzsiz mövqeyini və xidmətə innovativ yanaşmasını qoruyub saxlayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər