Əziz Zeynalov: “Cari ilin iki ayı ərzində büdcə gəlirlərində kifayət qədər artım müşahidə olunub”
“Bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi dekabr ayında təsdiq
edilmiş büdcənin icrasını həyata keçirmək üçün ciddi şəkildə çalışmaqdır”- bu
fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr bildirib ki, cari ilin yanvar və fevral aylarında ötən
ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında ciddi artım müşahidə olunub.
Belə ki, yanvar ayında ümumi büdcə gəlirlərində 34 faiz,
fevral ayında isə 19 faizlik artım olub. Rəqəmlərlə ifadə etsək yanvar ayında
62.777 manat, fevral aynda isə
37.973 manat artım olub. Sədr
bildirib ki, cari ildə hədəfimiz üç milyon manat olmasını nəzərdə tutsaq da bu
gedişlə biz 3.5 milyon manatı keçəcəyik.
Sədr qeyd edib ki,
11mart 2026-cı ildə “Bələdiyyələrin
vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların
dairəsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı bələdiyyələrin
büdcə gəlirlərinin artmasına ciddi şəkildə
öz təsirini göstərəcəkdir. Alqı-satqı əməliyyatları zamanı borclu vətəndaşların
müəyyən edilərək borclarının ödənilməsi, istərsə də digər vacib məqamlarım qərarda
yer alması düşünmək olar ki, tezliklə öz həllini real şəkildə tapmaqla bələdiyyələrin
büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy