Ölkə üzrə əmlak vergisinin 67 faizini Bakı bələdiyyələri toplayıb
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Bakıda formalaşan 45 bələdiyyənin büdcə gəliri 23.126.000 olub. Bu 2024-ci llə müqayisədə 16.4 faiz çox deməkdir. Qeyd edək ki, 2024-ci ildə Bakı bələdiyyələrin büdcə gəliri 19.859.700 manat olub. Əldə edilən gəlirlərin 79.1 faizi vergilərdən,20.9 faizi isə rüsumlardan olub.
Büdcə
gəlirinin 10.5 faizi torpaq, 68.5 faizi isə əmlak vergisindən daxil olub. Belə
ki, torpaq vergisindən bələdiyyə büdcəsinə 2.422.000 manat, əmlka vergisindən
isə 15.863.200 manat daxil olub. Bu isə ölkə üzrə əldə edilən əmlak vergisinin
67 faizi deməkdir.
Bakı
bələdiyyələrinin büdcə gəlirinin 2.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən, 8.8 faizi mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən, 0.3 faiz bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər
xidmətlərə görə ödənişlərdən, 0.6 faizi avtodaynacaqlardan, 0.1 fiziki və
hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub. Bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və
digər xidmətlərə görə ödənişlərin həcmi 69.500 manat təşkil edib.
Bakı
bələdiyyələrinə ötən il 1.839.000 manat dotasiya ayrılıb.
İl ərzində
əmlak vergisinin həcmi 19.9 faiz, torpaq vergisinin həcmi isə 25.2 faiz
artıb. Təəssüf ki, əmlak və torpaq vergisindən başqa digər vergi və
rüsumların toplanıılmasında azalma müşahidə olunub.
Ancaq
ölkə üzrə əldə edilən mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin 82 faizi paytaxt
bələdiyyələrinin üzərinə düşüb.
Ötən
il bələdiyyə müəssisələrindən mənfəət vergisindən, həmçinin daşınmaz əmlak üzərində
reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərdən Bakı bələdiyyələrinin büdcəsinə hər hansı maliyyə vəsaiti daxil
olmayıb.
Bakı
bələdiyyələri tərəfindən əldə edilən maliyyə vəsaitinin 60 faizədək hissəsini Nərimanov, Xətai, Yasamal, Nəsimi,
Səbail, Nizami və Binəqədi bələdiyyəsi əldə edib.
Belediyye.info
Rəylər
0 Rəy